Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.14.2025 | 12:33 | Baxılıb: 5163
Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyan ötən ay Kopenhagendə baş tutan görüş zamanı “Tramp marşrutu” üzrə ilk növbədə elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə ediblər.

“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən konfransında çıxışı zamanı bildirib.

“Gizlətmirəm, Kopenhagendə Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə etdik və ilkin olaraq belə qənaətə gəldik ki, ən operativ şəkildə elektrik xətlərinin və qaz kəmərinin tikintisini həyata keçirmək mümkündür”, - o deyib.

Paşinyan növbəti müzakirələr zamanı layihənin konturlarının daha da dəqiqləşəcəyinə ümidvar olduğunu bildirib. O, layihənin icrası yolunda heç bir maneə görmədiyini sözlərinə əlavə edib. 

Xatırladaq ki, oktyabrın 2-də Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci sammiti çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.