Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.21.2026 | 19:32 | Baxılıb: 3025
Nüfuzlu “Goal” portalı dünya çempionatları tarixinin ən yaxşı 10 oyunçusunun siyahısını tərtib edib.

“gece.ws” xəbər verir ki, reytinq cədvəlinə əfsanəvi braziliyalı hücumçu Pele rəhbərlik edir.

O, futbol tarixində üç dəfə dünya çempionu adını qazanmış yeganə oyunçudur.

Siyahıda ikinci pillədə Argentina millisinin kapitanı Lionel Messi qərarlaşıb. İlk üçlüyü isə digər argentinalı dahi futbolçu Dieqo Maradona tamamlayır.

“Goal” nəşrinin versiyasına görə, dünya çempionatları tarixinin ən yaxşı 10 futbolçusu aşağıdakılardır:

1. Pele (Braziliya);

2. Lionel Messi (Argentina);

3. Dieqo Maradona (Argentina);

4. Ronaldo (Braziliya);

5. Frans Bekkenbauer (Almaniya);

6. Kafu (Braziliya);

7. Gerd Müller (Almaniya);

8. Kilian Mbappe (Fransa);

9. Zinəddin Zidan (Fransa);

10. Miroslav Kloze (Almaniya).

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.