Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.28.2025 | 10:18 | Baxılıb: 1020
“3+3” regional platforması çərçivəsində növbəti görüşün tarixi və yeri hələ müəyyən edilməyib”.

“gece.ws” xəbər verir ki, bunu “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi yayıb. 

Məlumata görə, məsələ ilə bağlı konstruktiv müzakirələr davam etdirilir.

Qeyd edək ki, platformanın növbəti görüşün təşkili artıq bir neçə aydır müzakirə olunur. İştirakçı ölkələr iclasın Bakı və yaxud İrəvanda keçirilməsi variantını nəzərdən keçirirlər. 

Onu da bildirək ki, “3+3” regional əməkdaşlıq platformasına Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İran və Rusiya daxildir. Gürcüstan hələ platformanın işində iştirak etmir. “3+3” formatında bundan əvvəl üç iclas keçirilib və bu görüşlər Moskva, Tehran və İstanbulda baş tutub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.