Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.18.2026 | 19:10 | Baxılıb: 1349
Göyçayda bıçaqlanma hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 19 yaşlı Xəyyam Məmmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon sakini 36 yaşlı Elvin Umudova kəsici alətlə xəsarət yetirib. E. Umudov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.