
“gece.ws” xəbər verir ki, Prezident bir müddət ticarət mərkəzində gəzib, restoranda qəhvə içib, vətəndaşlarla söhbət edib və şəkil çəkdirib.
Prezidentin gəzintisinin təhlükəsizliyin təmin edildiyini göstərmək məqsədi daşıdığı bildirilir.
Qeyd edək ki, İran raket və dronlarla ABŞ və İsrail bazalarının yerləşdiyi Körfəz ölkələrini hədəf alaraq cavab əməliyyatlarını davam etdirir. Son iki gündə ABŞ bazalarından başqa, bir neçə strateji yer də zərbə alıb. Vəziyyətin gərgin olduğu bölgədə dağıntılar və partlayışlar yerli sakinlər arasında narahatlıq yaradıb.




