Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.14.2026 | 08:07 | Baxılıb: 1766
Ağcabədi şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.

“gece.ws"in xəbərinə görə, ötən gecə güclü küləyin təsirindən irigövdəli ağac aşaraq, “Mercedes-Benz” və “VAZ-2106” markalı avtomobillərin üzərinə düşüb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Bundan başqa, şəhərin digər hissəsində qaz xətti qırılıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.