Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.29.2026 | 22:44 | Baxılıb: 2006
Azərbaycanın yunan-Roma güləşçiləri Bakıda keçirilən U-17 Dünya Çempionatını ikinci sırada başa vurublar.

“gece.ws” xəbər verir ki, Azərbaycan millisi komanda hesabında 107 xal toplayaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Turnirin yekun nəticələrinə əsasən, Rusiya 127 xalla mundialın qalibi olub, İran isə 96 xalla üçüncü yeri tutub.

Milli komandamızın “klassik”ləri turniri ümumilikdə 6 medalla yekunlaşdırıblar. Yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.