Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Güləşçimiz Avropa çempionu oldu
 
						Güləşçimiz Avropa çempionu oldu
Əlavə olunub: 04.09.2025 | 23:35 | Baxılıb: 1951
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

“gece.ws” xəbər verir ki, Meşvildişvili final görüşündə son saniyədə işlətdiyi 4 xallıq fəndlə gürcüstanlı Solomon Manaşviliyə (7:7) qalib gələrək Avropa çempionu olub.

Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalıdır.

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.