Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.23.2026 | 09:47 | Baxılıb: 3378
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının döydürdüyü iddia olunan köməkçisi Pərviz Mirizadənin işindən ayrılması ilə bağlı məlumatlar yayılıb.

“gece.ws” məsələni dəqiqləşdirmək üçün Günay Ağamalı ilə əlaqə saxlayıb.

Deputat saytımıza açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, köməkçisi könüllü şəkildə işdən azad olunmaq istəyib: “Bu, normaldır. Bir insan işləyir, müəyyən müddətdən sonra işindən ayrıla bilər. Yayılan xəbərlər isə kökündən yanlışdır. Mən bilmirəm yalan məlumatları hansı səbəbdən yayırlar. Heç bir problem yoxdur. Sadəcə olaraq özü könüllü şəkildə işdən ayrılmaq istədi”.

Qeyd edək ki, bir neçə gün əvvəl Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni öz mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılsa da, hər iki tərəf bunu təkzib etmişdi.

Xəbəri rus dilində oxuyun: Увольнение после слухов об избиении: комментарий депутата

P.Mirizadənin işindən ayrılması ilə bağlı ilkin xəbəri Oxu.az yayıb.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.