Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.17.2026 | 12:25 | Baxılıb: 1713
Fiqurlu konkisürənlər Anastasiya Metyolkina və Luka Berulava Gürcüstanın tarixində ilk Qış Olimpiadası medalını qazanıblar. 

“gece.ws” xəbər verir ki, idmançılar İtaliyada keçirilən Olimpiadada cüt yarışlarda ikinci nəticə göstəriblər.

Yaponiyalı duet - Riku Miura və Ryuiçi Kihara ən yüksək nəticə ilə olimpiya çempionu olublar. Almaniyalı Minerva Fabien Hase və Nikita Volodin isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Metyolkina və Berulava Rusiyada anadan olublar. Onlar müvafiq olaraq 2020 və 2019-cu illərdə Gürcüstan vətəndaşlığını qəbul ediblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.