Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.17.2026 | 23:12 | Baxılıb: 2061
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında Tbilisidə vəfat edib.

“gece.ws” xəbər verir ki, bu haqda Gürcüstanın “Birinci Kanalı” məlumat yayıb.

Bildirilir ki, o, martın 17-nə keçən gecə mədə qanaması ilə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, II İliya 1933-cü ildə anadan olub. Patriarx 1977-ci ildən Gürcü Pravoslav Kilsəsinə rəhbərlik edib. Onun rəhbərliyi ilə ölkədə yeparxiyaların sayı 42-yə, fəaliyyət göstərən kilsələrin sayı isə 48-dən təxminən 1000-ə yüksəlib. Həmçinin II İliya dövründə Tiflisdə Gürcüstanın ən böyük kilsəsi olan Müqəddəs Üçlük Patriarxal Katedrali tikilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.