
“gece.ws” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bildirib.
“Gürcüstan parlamenti ölkə xaricində yaşayan respublika vətəndaşlarının seçkilərdə səs verə bilməsini qadağan edəcək yeni Seçki Məcəlləsi üzərində işləməyə başlayır”, - spiker qeyd edib.
Onun sözlərinə görə, xaricdə yaşayan Gürcüstan vətəndaşları seçkilərdə yalnız ölkəyə gələrək və qeydiyyat yeri üzrə səs verməklə iştirak edə biləcəklər.
“2024-cü ildə keçirilmiş parlament seçkiləri seçicilərə informasiya və siyasi təzyiqin necə açıq və sərt şəkildə ola biləcəyini yaxşı göstərdi. Bu baxımdan, qeyri-rezident vətəndaşlar, yəni xaricdə yaşayan Gürcüstan vətəndaşları üçün təzyiq riskləri artmaqdadır”, - Papuaşvili qadağanın səbəblərini izah edərkən söyləyib.