Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gürcüstanda 5 məktəb şagirdlərini mümkün terrora görə təxliyə edib
 
						Gürcüstanda 5 məktəb şagirdlərini mümkün terrora görə təxliyə edib
Əlavə olunub: 03.26.2024 | 18:22 | Baxılıb: 2205
Gürcüstanın qərbində yerləşən Kobuleti kəndində yerləşən 5 məktəbdə şagirdlər təxliyə olunub.

“gece.ws” xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Məlumata görə, buna səbəb sosial şəbəkələrdə sözügedən məktəblərə hücum ediləcəyi ilə bağlı yayılan xəbərlərdir.

Bundan sonra məktəblərdə tədris prosesi dayandırılıb, müəllim və şagirdlər təxliyə olunub.

Qeyd edək ki, bu gün paytaxt Tbilisidəki 32 saylı məktəbdə isə gözyaşardıcı qazla bağlı təhlükə yaşanıb. Bir şagird məktəbdə gözyaşardıcı toz səpib və nəticədə bir neçə şagirdin vəziyyəti pisləşib. Təcili yardım briqadaları şagirdlərə tibbi yardım göstəriblər.

Gürcüstan Daxili İşlər Nazirliyi məktəbdə araşdırma aparır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.