Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.04.2026 | 15:51 | Baxılıb: 951
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin keçirdiyi tədbirlər nəticəsində qanunsuz yaşayan 50 əcnəbi vətəndaş saxlanılıb.

“gece.ws” Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əcnəbilər arasında azərbaycanlılar da var.

Nazirliyin yaydığı məlumata görə, Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları da saxlanılanlar arasındadır.

Bildirilib ki, həmin şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzinə yerləşdirilib.

Hazırda onların deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.

Məlumata görə, həmin şəxslər Gürcüstan ərazisində hüquqi əsas olmadan yaşayırdılar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.