Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.05.2025 | 17:40 | Baxılıb: 2266
Gürcüstanda hüquq-mühafizə orqanları “oğru aləmi”nə qarşı genişmiqyaslı əməliyyat keçirib.

“gece.ws” “Aktual.ge” portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə nazir müavini Aleksandre Daraxvelidze danışıb.

Bildirilib ki, əməliyyat çərçivəsində “oğru aləminə üzv olma”, “oğru aləminin fəaliyyətini dəstəkləmə” və “oğru aləminin üzvünə müraciət etmə” ittihamı ilə 34 nəfər saxlanılıb, bir neçə nəfərə isə qiyabi ittiham irəli sürülüb.

Məlumata görə, əməliyyat zamanı Laqodexi bələdiyyəsinin Qabal kəndində saxlanılması planlaşdırılan və azərbaycanlı olduğu iddia edilən 1973-cü il təvəllüdlü Mirzə Əliyev xüsusi təyinatlılara intensiv atəş açıb:

“Nəticədə xüsusi təyinatlılardan biri döş qəfəsindən ağır yaralanıb. Polis tərəfindən açılan cavab atəşi nəticəsində Mirzə Əliyev yerindəcə zərərsizləşdirilib”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.