
“gece.ws” xəbər verir ki, bu barədə məlumatı partiya yayıb.
Bildirilib ki, bu səhər BBC Gürcüstan Daxili İşlər Nazirliyinin ölkədə etirazlar zamanı aksiya iştirakçılarına qarşı “kimyəvi maddə”dən istifadə etməsi barədə iddialar yayıb: “Aydındır ki, “dərin dövlətin”in təbliğat silahına çevrilmiş medianın ciddi ittihamı sübut edəcək heç bir faktı yoxdur”.
Partiya vurğulayıb ki, yanlış məlumat yayan KİV-in yalan ittihamlara görə məsuliyyət daşımalarını təmin etmək üçün bütün mümkün hüquqi vasitələrdən istifadə olunacaq.