
“gece.ws” xəbər verir ki, Norveç yığması Osloya qayıdarkən Haaland əlində viski şüşəsi tutan yenot suveniri ilə görüntülənib.
İngiltərə mətbuatının yazdığına görə, bu qeyri-adi əşyanın qiyməti təxminən 750 ABŞ dollarıdır.
Haalandın təyyarədən enərkən yenotu qucaqladığı görüntüləri qısa zamanda sosial şəbəkələrdə viral olub.
Qeyd edək ki, Norveç yığması 2026-cı il Dünya Çempionatının 1/4 final mərhələsində İngiltərəyə 2:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Buna baxmayaraq Haaland fərdi performansı ilə yadda qalıb. O, turnirdə keçirdiyi 5 oyunda 7 qol vuraraq Dünya Çempionatının ən parlaq futbolçularından biri kimi qiymətləndirilib.
Həmin görüntüləri təqdim edirik: