“gece.ws” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, holdinqin tərkibində olan “Habertürk” və “Show TV” də daxil olmaqla 121 şirkət müsadirə edilib.
Həmçinin 10 nəfər barəsində həbs qərarı verilib. Onların arasında “Can Holdinq”in rəhbərləri Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ da var.
Saxlanılan şəxslər “cinayətkar dəstə yaratmaq”, “qaçaqmalçılıq”, “dələduzluq” və “çirkli pulların yuyulması” maddələri üzrə ittiham edilirlər.
Polisin “Habertürk”, “Show TV” və “Bloomberg”in də yerləşdiyi binada axtarışlara davam etdiyi qeyd olunub.