Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.15.2026 | 11:56 | Baxılıb: 15681
Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.

“gece.ws” xəbər verir ki, bu barədə idmançı instaqram hesabında paylaşım edib.

O bildirib ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ona mayor rütbəsi verib: “Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.

Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.