Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.09.2026 | 10:21 | Baxılıb: 1396
Sərbəst güləş üzrə aşağı yaş qrupları üzrə milli komandaların tərkibi yenidən formalaşıb.

“gece.ws” xəbər verir ki, Arif Abdullayev böyüklərdən ibarət milli komandanın məşqçilər heyətinə cəlb edilib.

U20 milli komandanın böyük məşqçisi vəzifəsinə Əşrəf Əliyev təyin edilib. Rövşən Hacıyev və Nazim Əlicanovla yanaşı, Əsgərxan Novruzov da bu komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək.

U17 milli komandanın böyük məşqçisi vəzifəsi Hacı Əliyevə həvalə edilib. Məşqçilər heyətində Qırxlar Bədəlov, Allahverdi Vəliyev və Yaşar Əliyev də yer alıb.

U15 milli komandada böyük məşqçi vəzifəsini isə Emin Əzizov icra edəcək. Bu komandada digər məşqçilər Elşad Allahverdiyev və Əliabbas Rzazadə olacaq. Abil İbrahimov isə məşvərətçi-məşqçi statusuyla milli komandaya dəstək verəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.