
“gece.ws” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
Yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunublar. Hazırda hadisənin qarşısının alınması məqsədi ilə tədbirlər görülür.
***
Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.