
“gece.ws” “TRT Haber”ə istinadən xəbər verir ki, bu gün Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin üçüncü görüşü keçiriləcək.
Bildirilib ki, danışıqlar zamanı ABŞ-İsrail-İran münaqişəsi kimi regional problemlərə həll yollarının tapılması müzakirə ediləcək.
Qeyd edək ki, tərəflər arasında bundan əvvəlki görüş martın 29-da Pakistanın paytaxtı İslamabadda baş tutmuşdu.