Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.16.2026 | 15:23 | Baxılıb: 2778
Azərbaycan cüdoçusu Balabəy Ağayev Tbilisidə keçirilən Avropa çempionatında finala çıxa bilməyib.

“gece.ws” xəbər verir ki, o, yarımfinalda gürcü idmançı Georgi Sardalaşviliyə məğlub olub.

Lakin bu görüşdə hakimlərin qərarı böyük müzakirə mövzusuna çevrilib.

B.Ağayev G.Sardalaşvili ilə görüşdə yuko ilə öndə olduğu vaxt italiyalı qadın hakim Roberta Kiurlia rəqibin xeyrinə vaza-ari verib. Lakin epizoda baxanda nəinki vaz-ari, heç yuko xalının olduğu görünmür.

60 kq çəkidə favorit olan idmançımızın Avropa çempionu olmasının qarşısı hakimlər tərəfindən alınıb. Referilər yerli idmançını finala çıxarmağı bacarıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.