
“gece.ws” xəbər verir ki, görüş bitdikdən sonra “Araz-Saatlı”nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov rəqib oyunçuları, hakimləri təhqir və təhdid edib. Buna görə o, 5 oyunluq cəzalandırılıb, klub isə 1000 manat cərimələnib.
Bundan başqa, “Araz-Saatlı”nın futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir edib. Oyunçu 4 matçlıq diskvalifikasiyaya, komandası isə daha 1000 manatlıq cəriməyə məruz qalıb.