Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.01.2026 | 23:03 | Baxılıb: 698
İsrail ordusu Qəzza zolağında HAMAS-ın hərbi qanadının bölük komandirlərindən biri olan Adil Əsfurun hava zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb.

“gece.ws” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Ordunun məlumatına görə, Əsfur müharibə dövründə İsrail hərbçilərinə qarşı snayper və partlayıcı qurğularla hücumlar təşkil edib.

Bildirilib ki, o, son vaxtlar həm yeni hücumlar hazırlayır, həm də HAMAS-ın döyüş imkanlarının bərpası istiqamətində fəaliyyət göstərirdi.

İsrail tərəfi onun Qəzzada fəaliyyət göstərən hərbçilər üçün təhlükə yaratdığını qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.