Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.21.2026 | 12:18 | Baxılıb: 7360
Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

“gece.ws” “Bakupost”a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.

Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 22:30 radələrində 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub: “Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.