Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.04.2025 | 14:38 | Baxılıb: 10823
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev hazırkı fəaliyyəti ilə bağlı sualı cavablandırmaq istəməyib.

“gece.ws"in əməkdaşı sabiq nazirə son vaxtlar onunla bağlı mediada yayılan məlumatlar və hazırkı işləri barədə sual verib.

Ə.Qarayev qısa şəkildə cavab verməklə kifayətlənib: “Heç nə, yaşayıram”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Day.az” informasiya portalında yer alan məqalədə Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə toxunulub. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə ciddi zərbələr endirilib və Əbülfəs Qarayev də digər bir neçə məmur kimi vəzifədən kənarlaşdırılıb.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.