“gece.ws” bu barədə “Anadolu Agentliyi”nə istinadən xəbər verir.
Bildirilib ki, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, martın 23-də İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində sabiq sədr Əkrəm İmamoğlu barəsində həbs qərarı verilib.
Bundan başqa, ard-arda Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcek, Adana Böyükşəhər Bələdiyyəsinin sədri Zeydan Karalar, Adıyaman bələdiyyəsinin rəhbəri Abdurrahman Tutdere və Şilenin bələdiyyə sədri Özgür Kabadayı saxlanılıb.