Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.10.2025 | 11:28 | Baxılıb: 2596
Polşanın Baş naziri Donald Tusk bu gecə ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarının Rusiyaya məxsus olduğunu bildirib. 

“gece.ws” xəbər verir ki, Tusk bu barədə “X” hesabında paylaşım edib. 

O, Polşa sərhədini keçən dronların sayının çox olduğunu, bununla belə hamısının zərərsizləşdirildiyini vurğulayıb.

Baş nazir həmçinin NATO-nun baş katibi Mark Rutteyə hadisə ilə bağlı məlumat verdiyini qeyd edib. 

Xatırladaq ki, Polşa ölkənin hava məkanının pilotsuz uçuş aparatları ilə pozulmasını qeydə alıb. Nəticədə bir neçə aeroportun fəaliyyəti dayandırılıb. Polşa ordusu isə ölkənin hava məkanını pozan bir neçə PUA-nın vurulduğunu açıqlayıb. Ordu həmçinin insidentlə bağlı hərbi təyyarələrini havaya qaldırıb.

Onu da qeyd edək ki, Ukrayna ordusunun Hava Qüvvələrinin məlumatına əsasən, Rusiya dünən axşamdan etibarən Ukraynaya 415 dronla hücum edib. Bildirilib ki, Rusiyaya məxsus dronlardan 8-i Polşa istiqamətində Ukraynanın dövlət sərhədlərini tərk edib.

***

D.Tusk Seymdə (Polşa parlamentinin aşağı palatası) çıxışı zamanı bildirib ki, ümumilikdə ölkənin hava məkanına 19 PUA daxil olub.

Onun sözlərinə görə, həmin dronlardan üçü zərərsizləşdirilib. 

Bununla belə, o, bu rəqəmlərin yekun olmadığını bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.