Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.15.2026 | 15:22 | Baxılıb: 1398
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup mərhələsinin ilk oyunu öncəsi məşqini və mətbuat konfransını ləğv edib.

“gece.ws” xəbər verir ki, bu haqda “RMC Sport” məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi Mateus Nunes mətbuat konfransında iştirak etməli idi, lakin pisləşən hava şəraiti ilə əlaqədar komanda rəsmiləri və jurnalistlər təhlükəsizlik məqsədilə məşq meydançasını tərk ediblər. Daha sonra futbolçular qapalı şəraitdə məşq ediblər.

Qeyd edək ki, Portuqaliyanın turnirdə ilk oyunu iyunun 17-də Konqo Demokratik Respublikasına qarşı olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.