Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.07.2026 | 11:09 | Baxılıb: 4870
Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) həbs edilən keçmiş əməkdaşları Hikmət Vəlizadə və Vüqar Hüseynovun işinə yenidən baxılacaq.

“gece.ws"in əldə etdiyi məlumata görə, Ali Məhkəmə bu barədə qərar qəbul edib. Ali instansiya vəkil Orxan Zeynalovun kassasiya şikayətini əsaslı sayıb.

Məhkumların həbsi ilə nəticələnən əvvəlki qərar tamamilə ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Son qərar məhkumların yenidən azadlığa buraxılması və ya cəzalarının azaldılması ehtimallarını gücləndirib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi H.Vəlizadə və V.Hüseynova şərti cəza vermişdi. Amma bir neçə ay sonra prokurorun protesti əsasında hökm dəyişdirilib. Hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilməklə yenidən həbs ediliblər.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.