Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.29.2025 | 10:12 | Baxılıb: 1000
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

“gece.ws” xəbər verir ki, məhkuma həyat yoldaşı tərəfindən göndərilmiş bağlamaya baxış keçirilən zaman gödəkçənin cibində gizlədilmiş bükülülərdə 1,860 qram heroin və 0,498 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Penitensiar xidmət cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğunu bir daha vətəndaşların diqqətinə çatdırır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.