Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.27.2026 | 15:28 | Baxılıb: 1878
“Heç kim Ermənistanı Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmamaq üçün dilə tuta bilməz”.

“gece.ws” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu fikri Kremlin sözçüsü Dmitri Peskov bildirib. 

“Əlbəttə, heç kim Ermənistanı dilə tuta bilməz. Ermənistanda qəbul edilmiş qanun bu ölkənin hökumətini və bütün dövlət hakimiyyəti orqanlarını Avropa inteqrasiyasına yönəlməyə məcbur edir. Əlbəttə ki, bu, müzakirə mövzusu olacaq”, - Peskov deyib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) mayın 28-29-da Astanada keçiriləcək sammitində iştirak etməyəcəyini açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.