Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.24.2026 | 21:39 | Baxılıb: 2593
Sabunçu və Yasamal rayonunda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən “gece.ws”ya verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 8000 manatlıq qızıl-zinət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı K.Quliyev və əvvəllər məhkum olunmuş 30 yaşlı S.Yusifov saxlanılıblar. Araşdırmalarla onların evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətini törətdikləri məlum olub.

Araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.