Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 19:15 | Baxılıb: 1359
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adı məlum olub.

“gece.ws” xəbər verir ki, UEFA-ya istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, Almaniya “Bavariya”sının kapitanı Manuel Noyer bu ada layiq görülüb.

Belə ki, təcrübəli qolkiper Madriddə “Real”a qarşı keçirilən və “Bavariya”nın 2:1 hesablı qələbəsi ilə başa çatan matçda fenomenal oyun nümayiş etdirib. Manuel Noyer səsvermədə digər iddialıları – David Raya (“Arsenal”), Xviça Kvaratsxeliya (PSJ) və Xulian Alvaresi (“Atletiko”) geridə qoymağı bacarıb.

Qeyd edək ki, qolkiper matç ərzində etdiyi 9 seyvlə yadda qalıb ki, bu da onun son illərdəki ən yüksək göstəricilərindən biri hesab olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.