Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.08.2026 | 21:25 | Baxılıb: 2579
Bakı şəhərinin Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zülalov küçəsinədək olan hissədə) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək olan hissədə) asfalt-beton örtüyünün yenilənməsi işləri aparılacaq.

“gece.ws” xəbər verir ki, bu barədə AAYDA məluumat yayıb.

Bildirilib ki, təmir işləri aşağıdakı tarixlərdə həyata keçiriləcək:

• 8 may saat 22:00-dan 9 may saat 23:00-dək;

• 10 may saat 22:00-dan 11 may saat 23:00-dək.

“Aparılan işlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.