Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.07.2026 | 21:30 | Baxılıb: 2426
Gəncədə poliklinikada insident baş verib.

“gece.ws"in məlumatına görə, təyin olunan dozadan artıq narkotik tərkibli dərman tələb edən vətəndaş qadın həkimlə mübahisə edib.

Daha sonra həmin şəxs üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, hadisə 7 iyul saat 12:50 radələrində Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb.

Məlumata görə, vətəndaş nevroloqla mübahisə etdikdən sonra yanğın törətməyə cəhd edib.

Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.