
“gece.ws” xarici mətbuata istinadən xəbər verir ki, o bu barədə Ağ Evdə keçirilən tədbirdən sonra jurnalistlərə açıqlama verib.
Prezident baş verənləri “dəhşətli hadisə” adlandırıb.
“Mənə bu məsələ ilə bağlı məlumat verildi. Bu, dəhşətli hadisədir. Baş verənləri diqqətlə nəzərdən keçirib, araşdıracağıq”, - dövlət başçısı deyib.
Xatırladaq ki, iki silahlı şəxsin San-Dieqo şəhərindəki İslam Mərkəzinə hücumu nəticəsində üç nəfər həyatını itirib.