Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.16.2026 | 16:50 | Baxılıb: 5529
Ermənistanın Dövlət Gəlirləri Komitəsi həmin ölkədən Azərbaycana bu ilin mart ayında ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edilməsi xəbərinə münasibət bildirib.

“gece.ws” xəbər verir ki, qurum açıqlamasında Ermənistandan Azərbaycana məhsul ixrac edilmədiyini iddia edib:

“Dövlət Gəlirləri Komitəsinin gömrük statistikasının məlumatlarına əsasən, gömrük orqanlarında Ermənistandan Azərbaycana ixrac halı qeydə alınmayıb”.

Həmin xəbər Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən də şərh edilib.

Komitədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin mal əslində Niderlanddan gətirilmiş qızılgül olub.

“Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.