Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Həmin nömrə Yamala verildi
 
						Həmin nömrə Yamala verildi
Əlavə olunub: 07.16.2025 | 22:05 | Baxılıb: 3231
“Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal formasının nömrəsini dəyişib.

“gece.ws” xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, yeni mövsümdən 10 nömrə altında çıxış edəcək.

Xatırladaq ki, 2008-2021-ci illərdə “Barselona”nın 10 nömrəli forması argentinalı hücumçu Lionel Messiyə məxsus olub. Onun gedişindən sonra 10 nömrəli forma Ansu Fatiyə verilib. Yamal isə ötən mövsüm 19 nömrə geyinirdi.

Qeyd edək ki, 2024/2025 mövsümündə Yamal “Barselona”nın heyətində 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.