Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.04.2026 | 17:32 | Baxılıb: 619
2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçiriləcək Fransa-Paraqvay oyunu 38 dərəcə isti hava şəraitində baş tutacaq.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşma zamanı havanın temperaturunun +38 dərəcəyə çatacağı gözlənilir.

Fransa millisinin baş məşqçisi Didye Deşam bildirib ki, komanda belə hava şəraitinə hazırdır:

“Bütün komandalar buna hazırlaşıb. Bəli, bu, oyuna təsir göstərə bilər, amma təkcə bizə yox. Mən istiyə fokuslanmıram. Bu, sadəcə amillərdən biridir”.

Qeyd edək ki, Fransa-Paraqvay görüşü iyulun 5-də ABŞ-nin Filadelfiya şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 08:00 da başlayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.