Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.03.2026 | 04:30 | Baxılıb: 8111
“Cənab Trampın vəd etdiyi “xilas” reallıqda belə görünür”.

“gece.ws” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında yazıb.

O, Hörmüzqan əyalətinin Minab şəhərində yerləşən Şəcərət əl-Tayyibə Qızlar İbtidai Məktəbinin vurulması zamanı həyatını itirən 160-dan çox uşağın məzarlarının fotosunu yayımlayıb.

“Bunlar ABŞ və İsrailin ibtidai məktəbin bombalanması nəticəsində həlak olan 160-dan çox günahsız gənc qız üçün qazılan məzarlardır.

Onların meyitləri parça-parça olmuşdu.

Cənab Trampın vəd etdiyi “xilas” reallıqda belə görünür. Qəzzadan Minaba qədər günahsız insanlar soyuqqanlılıqla qətlə yetirilib”, - nazir qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.