Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.09.2026 | 11:22 | Baxılıb: 11689
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb.

Bu barədə “gece.ws”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes Galendewagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.