Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.08.2026 | 22:30 | Baxılıb: 2179
“Ankara Moskva və Kiyevə hərbi əməliyyatlara moratorium (təxirə salınması – red.) qoyulması ilə bağlı təklif təqdim edib”.

“gece.ws” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan müsahibəsində bildirib.

Diplomat Ukrayna tərəfinin xahişi ilə atəşkəs mexanizminin yaradılmasından söz açıldığını diqqətə çatdırıb:

“Biz artıq tərəflərə hərbi əməliyyatlara moratorium qoyulması barədə təklifimizi təqdim etmişik və bu məsələ ilə bağlı cavab gözləyirik”.

Məlumat üçün bildirək ki, iyul ayında Hakan Fidan Ankaranın Ukraynadakı münaqişənin tənzimlənməsi istiqamətində, o cümlədən Moskva və Kiyev arasında yeni danışıqlar raundunun təşkili üzrə fəal diplomatiyanı davam etdirəcəyinə əminlik vermişdi.

Xatırladaq ki, avqustun əvvəlində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin Rusiya ilə barışıq üçün üç mümkün format – hava hədəflərinə, energetika infrastrukturuna və cəbhə xəttinə zərbələrin dayandırılmasını təklif etdiyini bildirmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.