Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.09.2026 | 15:48 | Baxılıb: 1900
İranın Ali Lideri Müctəba Xameneinin mediada yayılan görüntüləri ilə bağlı yeni məlumat açıqlanıb.

“gece.ws” xəbər verir ki, TASS-a danışan İranlı mənbənin sözlərinə görə, görüntülər Müctəba Xameneinin Ali Lider vəzifəsinə təyin olunmasından əvvəl çəkilib.

Mənbə onun səhhətinin yaxşı olduğunu və ictimaiyyət qarşısına çıxmamasının əsas səbəbinin təhlükəsizlik narahatlıqları olduğunu bildirib.

“Bu, köhnə videodur. Ali Lider olmazdan əvvəl çəkilib”, - deyə mənbə TASS-a bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın “Mehr” xəbər agentliyi Müctəba Xameneinin bir qrup şəxslə söhbət etdiyi görüntüləri yayımlayıb. Videoda onun ətrafındakı şəxslərin Xameneini diqqətlə dinlədiyi görünür. Lakin görüntülərin harada və nə vaxt çəkildiyi barədə məlumat verilməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.