Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.12.2026 | 13:09 | Baxılıb: 1125
Azərbaycan Həndbol Federasiyası uzun illərdir maddi-texniki bazası olan “Abu Arena”dan çıxarılıb.

“gece.ws"in əldə etdiyi məlumata görə, bundan sonra binanın özəl əsaslarla fəaliyyət göstərməsi nəzərdə tutulur. Arena ərazisinin tennis kortuna çevrilməsi məsələsi də gündəmdədir.

Belə ki, binanın boşaldılması ilə bağlı Azərbaycan Həndbol Federasiyasına xəbərdarlıq edilib və bundan sonra qurum oranı tərk edib.

Məlumat üçün bildirək ki, Federasiya illərlə bu binadan icarə əsasında istifadə edib. Belə ki, 2004-cü ildə istifadəyə verilən arena uzun illər ərzində həndbol yarışlarının, məşqlərin və müxtəlif yaş qrupları üzrə turnirlərin keçirildiyi əsas məkanlardan biri olub. Bu səbəbdən sözügedən qərar Azərbaycan Həndbol Federasiyasının ciddi narazılığına səbəb olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.