
“gece.ws” xəbər verir ki, qonaqlar muzeydəki eksponatlarla tanış olub.
Onlara Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulması, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsi, 487 nəfər dinc sakinin ağır yaralanması, 1275 nəfərin girov götürülməsi və hadisələrin necə cərəyan etməsi barədə geniş məlumat verilib.




