
“gece.ws"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, Elşən Mustafayev və Zamin Əliyev ayrı-ayrılıqda 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin martında Respublika Narkoloji Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində mərkəzin baş direktoru və müavini həbs edilib.
Onlar barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Sail Ağasəlim