
“gece.ws” xəbər verir ki, bu, rəsmi görüş zamanı siyasətçilər və onların həyat yoldaşları kameralar qarşısında bir-birini salamlayarkən baş verib.
Belə ki, Fransa liderinin yanında Bricit Makron deyil, Almaniya kanslerinin həyat yoldaşı Şarlotta Merts dayanıb.
Bir anda cütlüklər çaş-baş qalıblar, lakin tezliklə Fransa prezidenti arvadının əlindən tutub onu özünə tərəf aparıb və onun yerinə Şarlotta Merts keçib.
Daha sonra gülümsəyən siyasətçilər və həyat yoldaşları foto çəkdirməyə davam ediblər.