Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.03.2025 | 13:55 | Baxılıb: 1687
Milli Məclisin deputatı Heydər Əsədov Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər təşkilatının qərargahında növbəti vətəndaş qəbulu keçirib.

“gece.ws” xəbər verir ki, qəbul zamanı deputat müxtəlif əhali və iş qrupundan olan vətəndaşların müraciətlərini dinləyib, onları narahat edən problemlər və təkliflərlə tanış olub.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən məşğulluq, sosial müdafiə, kommunal, kreditlərin ödənilməsi və s. ilə bağlı olub.

Görüş zamanı vətəndaşların, xüsusilə də şəhid və qazi ailələrinin qaldırdığı məsələlərin bir qismi yerindəcə həll edilib, maddi yardımlar və köməkliklər göstərilib.

Həlli tələb edilən məsələlər isə aidiyyəti qurumlarla müzakirə üçün qeydiyyata alınıb.

Qəbuldan sonra isə millət vəkili bir neçə şəhid ailəsini ziyarət edib, onların sosial və digər qayğıları ilə maraqlanıb, həmçinin ehtiyaclarının ödənilməsi üçün müvafiq yardımlar edib.

Deputatın vətəndaş qəbulları davam etdiriləcək.








Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.